Yaşar Atakişi oğlu Abdullayev 08 iyun 1973-cü ildə Ağdam şəhərində
doğulmuşdur.
1990-cı ildə Gəncə şəhəri, 25 saylı orta məktəbi fərqlənmə ilə
bitirmişdir.
1990-cı ildə Azərbaycan Texnologiya institutuna daxil olmuş, 1995-ci ildə
Bakı Əmtəəşünaslıq Kommersiya institutunun əmtəəşünas ixtisası üzrə tam kursunu
bitirmişdir.
1995-1998-ci illərdə Azərbaycan Texnologiya institutunun Aspirantura şöbəsində qiyabi təhsil almışdır.
1996-1998-ci illərdə Azərbaycan yaradıcı istehsalat birliyinin
“Dizayn” 2 saylı təmir-tikinti trestində rəis müavini vəzifəsində işləmişdir.
1999-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində
həqiqi hərbi xidmət keçmişdir.
2012-2014-cü illərdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının
sosial-iqtisadi məsələlər bölməsinin istehsal və xidmət sahələri sektorunda
məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində işləmişdir.
29 yanvar 2015-ci il tarixdən Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsinin
sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 2 övladı var.