Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi tərəfindən hər zaman şəhid ailələri və Qarabağ müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilir.Onların mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzimizdədir. Belə ki, Kəpəz rayon Kəpəz bələdiyyəsi tərəfindən növbəti dəfə şəhid ailələri Şabanova Şəfaqət Burcalı qızı, Əliyeva Münəvvər Rzaqulu qızı, Ələkbərova Lilpar İsrəfil qızı və Qarabağ müharibə əlilləri Əliyev Eldar Usub oğlu, Əliyev Elçin Nəriman oğluna fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verildi.