Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev bir aylıq əməkhaqqının məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Sədrin sözlərinə görə, bələdiyyə sədrinin üç müavini də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əmək haqqlarını  fonda keçirməyi qərara alıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.