Kəpəz Rayon Bələdiyyəsi daha 30 aztəminatlı ailəyə ərzaq yardımı edib

Kəpəz Rayon Bələdiyyəsinin üzvləri büdcə gəlirləri aşağı olan ailələrə baş çəkib, onlara ərzaq bağlamaları təqdim edib, profilaktik söhbətlər aparıblar.  Söhbət zamanı COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən atılan addımlar sakinlərə bir daha xatırladılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.